Samir Poladov: "Mina xəritələrini almaq üçün bütün imkanlardan istifadə etməliyik"

Samir Poladov: "Mina xəritələrini almaq üçün bütün imkanlardan istifadə etməliyik" “Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi təbii ki, işimizi çox çətinləşdirir. Belə olduğu halda, hər qarış ərazidə araşdırma aparılmalıdır”
Qarabağ
29 Aprel , 2021 16:48
Samir Poladov: Mina xəritələrini almaq üçün bütün imkanlardan istifadə etməliyik
Samir Poladov

“Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi təbii ki, işimizi çox çətinləşdirir. Belə olduğu halda, hər qarış ərazidə araşdırma aparılmalıdır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.

O xatırladıb ki, Qarabağın ərazisi çox böyükdür: “Hətta minalarla bağlı tədqiqat, araşdırma prosesi vaxt alacaq. Biz bütün imkanlardan istifadə etməklə, bütün qüvvələri səfərbər etməliyik ki, minalanmış ərazilərin xəritəsini Ermənistandan alaq. Əgər xəritələr olarsa, biz minalanmış ərazilərin harada olduğunu deyə bilərik. Amma xəritə olmadan biz bütün əraziləri qarış-qarış araşdırmalıyıq. Ermənilər bütün yaşayış məntəqələrini dağıdıblar, talan ediblər. Ona görə biz məlumatı yerində axtarış apardığımız zaman öyrənə bilirik“.

Son xəbərlər

Orphus sistemi