Salyanda şəhid dəfn olunub

Salyanda şəhid dəfn olunub Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçisi, 1992-ci il təvəllüdlü Emin Zahir oğlu Nəzərovla dəfn mərasimi keçirilib.
Qarabağ
9 Dekabr , 2020 13:29
Salyanda şəhid dəfn olunub

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçisi, 1992-ci il təvəllüdlü Emin Zahir oğlu Nəzərovla dəfn mərasimi keçirilib.

“Report”un Aran bürosu xəbər verir ki, onun üçrəngli bayrağa bükülmüş nəşi doğulduğu İkinci Varlı kəndinə gətirilib. Vida mərasimindən sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Nəzərov müddətdən artıq xidmət edən hərbi qulluqçu idi və özündən sonra iki övladı yadigar qaldı.

Allah rəhmət eləsin!

Emin Nəzərov
Emin Nəzərov

Son xəbərlər

Orphus sistemi