Şafkat Sabirov: “Gəncəyə endirilmiş raket zərbələrinin yerləri müharibənin amansızlığını göstərir”

Şafkat Sabirov: “Gəncəyə endirilmiş raket zərbələrinin yerləri müharibənin amansızlığını göstərir” "Gəncəyə endirilmiş raket zərbələrinin yerləri müharibənin amansızlığını və heç kimə rəhm etmədiyini göstərir".
Qarabağ
27 Aprel , 2022 11:40
Şafkat Sabirov: “Gəncəyə endirilmiş raket zərbələrinin yerləri müharibənin amansızlığını göstərir”
Şafkat Sabirov

"Gəncəyə endirilmiş raket zərbələrinin yerləri müharibənin amansızlığını və heç kimə rəhm etmədiyini göstərir".

“Report”un Qərb bürosunun xəbərinə görə, bunu Mərkəzi Asiya Təhlükəsizlik və Əməkdaşlıq məsələləri İnstitutunun direktoru Şafkat Sabirov Qazaxıstan nümayəndə heyətinin Gəncəyə səfəri zamanı bildirib.

Nümayəndə heyəti 44 günlük müharibə zamanı Gəncəyə endirilmiş raket zərbələri nəticəsində dağıdılmış ərazilərə baş çəkib.

Şafkat Sabirov Azərbaycanın öz tarixi abidələrinə necə qayğı ilə yanaşdığını, əcdadların yaratmış olduqlarını necə qoruyub saxladığını xüsusilə vurğulayıb.

O, artıq 2 gündür Azərbaycanda olduqlarını, bu vaxt ərzində Bakıya və Şuşaya səfər etdiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi