Sabirabadda 6 yaşlı uşaqdan ordumuza dəstək

Sabirabadda 6 yaşlı uşaqdan ordumuza dəstək Sabirabad rayonunda yaşayan Zeynalovlar ailəsinin azyaşlı övladı nəcib təşəbbüs sərgiləyib.
Qarabağ
19193
22 Oktyabr , 2020 23:36
Sabirabadda 6 yaşlı uşaqdan ordumuza dəstək
Aynur Zeynalova

Sabirabad rayonunda yaşayan Zeynalovlar ailəsinin azyaşlı övladı nəcib təşəbbüs sərgiləyib.

"Report"un yerli bürosu xəbər verir ki, ailənin 6 yaşlı övladı, anasını itirmiş Aynur dövlətdən aldığı 233 manat təqaüdü silahlı qüvvələrimizin hesabına yatırıb.

“Azərbaycan bizim anamızdır. Yaşasın Ali Baş Komandan!”, - deyə Aynur bildirib.

Qeyd edək ki, o, anasını 5 il əvvəl itirib.

A.Zeynalovanın atası Həbib Zeynalov isə deyib ki, həyat yoldaşı vəfat etdikdən sonra aldığı təqaüd Aynura verilir: “Yaşının az olmasına baxmayaraq, Aynurun hər bir hərəkətində, danışığında Vətən eşqi duyulur. Aynur bu nəcib addımı ilə bir çox insana nümunədir. Daim Ali Baş Komandanımıza, ordumuza, əsgərlərimizə dua edir, qələbənin yalnız və yalnız bizim olacağını deyir”.

Son xəbərlər

Orphus sistemi