Rusiyalı politoloq: “Ermənistan silahlı qüvvələrinin atdığı addımların məntiqəuyğunluğu şübhə doğurur”

Rusiyalı politoloq: “Ermənistan silahlı qüvvələrinin atdığı addımların məntiqəuyğunluğu şübhə doğurur” “İrəvan seçkilərdən əvvəl daxili siyasi qarşıdurma ilə sarsılır və bu cür təxribatlar Paşinyanın 2020-ci ilin noyabrında imzalanan razılaşmalara tam əməl etməsini istəməyən qüvvələrə sərf edir”
Qarabağ
266
2 İyun , 2021 18:55
Rusiyalı politoloq: “Ermənistan silahlı qüvvələrinin atdığı addımların məntiqəuyğunluğu şübhə doğurur”
Yevgeni Mixaylov

“Ermənistan silahlı qüvvələrinin atdığı addımların məntiqəuyğunluğu Azərbaycan ərazilərinin azad olunması ilə nəticələnmiş Qarabağ müharibəsindən sonra prosesləri izləyən bir çox ekspertdə çoxdandır şübhə doğurur”.

Bunu “Report”a millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatı şərh edərkən deyib.

Politoloqun fikrincə, bu cür təxribatlar qəsdən törədilir: “Yerevan seçkilərdən əvvəl daxili siyasi qarşıdurma ilə sarsılır və bu cür təxribatlar Paşinyanın 2020-ci ilin noyabrında imzalanan razılaşmalara tam əməl etməsini istəməyən qüvvələrə sərf edir”.

Bu vəziyyətdə Azərbaycanın mövqeyini şərh edən ekspert rəsmi Bakının ünvanına ittihamlar yönəlməsinə əsas vermədən özünü kifayət qədər təmkinli apardığını qeyd edib.

“Gərginlik ən azı Yerevandakı seçkilərə qədər qalacaq” deyən Y.Mixaylov regiondakı sabitliyin qarantı olaraq Rusiyanın vəziyyətin normallaşmasına kömək edə biləcəyini də əlavə edib.

Son xəbərlər

Orphus sistemi