Rusiyalı politoloq: "Ermənistan Qarabağda dağıdıcılıqla məşğul olub"

Rusiyalı politoloq: "Ermənistan Qarabağda dağıdıcılıqla məşğul olub" Ermənistan 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycan torpaqlarında dağıdıcılıqla məşğul olub, indi isə azad edilmiş torpaqlarda quruculuq işləri görülür.
Qarabağ
125
11 Oktyabr , 2021 17:20
Rusiyalı politoloq: Ermənistan Qarabağda dağıdıcılıqla məşğul olub
Aleksandr Perenciyev

"Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında dağıdıcılıqla məşğul olub, indi isə azad edilmiş torpaqlarda quruculuq işləri görülür".

Bunu “Report”un Rusiya bürosuna Rusiya İqtisad Universitetinin dosenti, politoloq Aleksandr Perenciyev bildirib.

“Ermənistan işğal etdiyi Qarabağ bölgəsini nəinki inkişaf etdirməyib, heç əvvəlki səviyyədə saxlamağa belə cəhd etməyib. Onlar bu ərazilərdə talançılıqla, dağıdıcılıqla məşğul olublar. Bu da həmin torpaqların əslində kimə məxsus olduğunu əyani şəkildə ortaya çıxarır. Çünki öz torpaqlarını bu günə qoymazlar. Bu gün isə Azərbaycan həmin ərazilərdə quruculuq işləri görməklə, oraya sərmayə yatırmaqla o torpaqların əslində kimin olduğunu nümayiş etdirir”.

Müharibədən sonrakı dövrdə bölgədə aparılan bərpa işlərini şərh edən rusiyalı politoloq qeyd edib ki, Ermənistan işğalı nəticəsində məscidlərin viran qoyulması müqabilində Azərbaycan nə qədər tolerant dövlət olduğunu, dinlərə, məbədlərə qarşı müharibə aparmadığını hamıya göstərdi.

Son xəbərlər

Orphus sistemi