Rusiyalı politoloq: "ABŞ Suriyanı Qarabağa "dəyişəcəyinə" ümid edir"

Rusiyalı politoloq: "ABŞ Suriyanı Qarabağa "dəyişəcəyinə" ümid edir" "Amerikalılar Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətmək üçün Qarabağ kartından istifadə etməyə cəhd göstərdi"
Qarabağ
114
14 İyul , 2016 11:22
Rusiyalı politoloq: ABŞ Suriyanı Qarabağa dəyişəcəyinə ümid edir

Bakı. 14 iyul. REPORT.AZ/ "Amerikalılar Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətmək üçün Qarabağ kartından istifadə etməyə cəhd göstərdi. Görünür, sərhədlərimiz boyunca digər münaqişələrin qızışdırılması da nəzərdə tutulub və indi də tutulur".

"Report" "svpressa.ru" portalına istinadən xəbər verir ki, bunu M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru, Rusiya Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü Andrey Manoylo deyib.

"Uzun illər ərzində münaqişə donmuş vəziyyətdə qalmışdı. Heç bir dinamika müşahidə edilmirdi. Və apreldə birdən-birə gərginlik artdı. Bütün bunlar ona görə baş verdi ki, ABŞ Suriya prezident Bəşşar Əsədi devirməklə bağlı planlarını pozduğumuza görə bizə cavab vermək istədi", - deyə o bildirib.

Professor əlavə edib ki, ABŞ-ın fəal müdaxiləsi olmadan Qarabağ münaqişəsi elə dondurulmuş vəziyyətdə də saxlanılacaqdı. "Çox güman, amerikalılar Rusiyadan bundan sonra Qarabağ münaqişəsini qızışdırmamaq qarşılığında Suriyada müəyyən güzəştlər tələb edəcək", - deyə analitik fikrini izah etməyə çalışıb.

Son xəbərlər

Orphus sistemi