Rusiyalı politoloq: "Ermənistan Azərbaycana qarşı gizli müharibə aparmağa çalışır"

Rusiyalı politoloq: "Ermənistan Azərbaycana qarşı gizli müharibə aparmağa çalışır" “Ermənistan qarşısında iki yol var: ya Rusiyaya arxalanacaq, ya da dövlətçiliyini itirəcək"
Qarabağ
291
18 Mart , 2021 17:28
Rusiyalı politoloq: Ermənistan Azərbaycana qarşı gizli müharibə aparmağa çalışır
Aleksandr Perenciyev

“Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritəsini alacağına ümid etməsin. Çünki Ermənistan Azərbaycana və onun əhalisinə qarşı açıq olmasa da, gizli şəkildə, o cümlədən əvvəllər işğal altında olmuş ərazilərdə müharibə aparmağa çalışır. Həmin xəritələrin verilməməsini onlar əllərindən çıxmış ərazilərin qisasını almaq üçün gizli müharibənin bir parçası hesab edəcəklər. Ona görə də Azərbaycan ərazilərinin müstəqil olaraq tədqiqinə davam etməli, minalardan təmizlənməmiş yerlərə mülki şəxsləri buraxmamalıdır”.

Bu fikirləri “Report”un Rusiya bürosu ilə söhbəti zamanı rusiyalı politoloq və hərbi ekspert Aleksandr Perenciyev bildirib.

Ekspertin qənaətincə, Ermənistan bu davranışını davam etsə, Azərbaycan Qarabağda qalmış müxtəlif hərbi birləşmələrə qarşı güc tətbiq etməli olacaq: “Həmin birləşmələr ya tərksilah olmalı, ya da Azərbaycan Ordusu tərəfindən məhv edilməlidir. Bu barədə əsaslı qərar verilməlidir. Azərbaycan hazırda bu işi görmək üçün hər cür imkana, gücə, səlahiyyətə malikdir”.

Ermənistandakı daxili vəziyyətə dair fikrini bildirən rusiyalı politoloq bu ölkənin Cənubi Qafqazdakı proseslərdən kənarda, həm də Rusiyaya arxalanmadan inkişaf etməsinin mümkün olmadığını irəli sürüb: “Ermənistan qarşısında iki yol var: ya Rusiyaya arxalanacaq, ya da dövlətçiliyini itirəcək. Başqa ehtimal yoxdur”.

Son xəbərlər

Orphus sistemi