Rusiyalı istehkamçılar Dağlıq Qarabağı minalardan təmizləyəcək

Rusiyalı istehkamçılar Dağlıq Qarabağı minalardan təmizləyəcək Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının mühəndis-istehkamçı bölmələrinin hərbi qulluqçuları, xüsusi texnikası və avadanlığı Dağlıq Qarabağa gətirilir.
Qarabağ
8931
17 Noyabr , 2020 11:30
Rusiyalı istehkamçılar Dağlıq Qarabağı minalardan təmizləyəcək
0 : 00
0 : 00

Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının mühəndis-istehkamçı bölmələrinin hərbi qulluqçuları, xüsusi texnikası və avadanlığı Dağlıq Qarabağa gətirilir.

Bu barədə “Report” “Sputnik”ə istinadən xəbər verir.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daşınma Rusiya Hərbi Kosmik Qüvvələrinin “İl-76” təyyarələri ilə edilir.

Qeyd olunur ki, Qarabağ münaqişəsi zonasında istehkamçılar mühəndis kəşfiyyatı, ərazini, yolları və obyektləri minalardan təmizləmək tapşırıqlarını yerinə yetirəcəklər.

Bundan əlavə, onlar tədarük və evakuasiya yollarının hazırlanması və saxlanılması, suyun təmizlənməsi və digər mühəndis dəstəyi vəzifələrini təmin edəcəklər. Partlayıcı maddələrin aşkarlanması və axtarışı üçün xidməti itlərdən də istifadə ediləcək.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və hərbi əməliyyatlara nəzarət ilə bağlı Rusiyanın 1960 hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnika miqdarında sülhməramlı kontingenti yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi