Rusiyalı ekspert: "İran və Türkiyənin iştirakı ilə yeni platforma Qarabağ məsələsini həll edə bilər"

Rusiyalı ekspert: "İran və Türkiyənin iştirakı ilə yeni platforma Qarabağ məsələsini həll edə bilər" "Rusiyada Azərbaycanla hərbi-texniki modernləşdirmə sahəsində əməkdaşlıq haqqında yeni müqavilənin hazırlanması barədə fəal müzakirələr gedir"
Qarabağ
125
3 Aprel , 2017 11:31
Rusiyalı ekspert: İran və Türkiyənin iştirakı ilə yeni platforma Qarabağ məsələsini həll edə bilər
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ problemini həll etmək üçün yeni platforma lazımdır. ATƏT-in Minsk qrupu heç də həmişə nəticə vermir. İran və Türkiyənin iştirakı ilə yeni regional forum qurulsaydı, Qarabağ məsələsi həll edilə bilərdi".

"Report" xəbər verir ki, bunu rusiyalı ekspert, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstutunun müəllimi Aleksey Fenenko Azərbaycan-Rusiya əlaqələrinin 25 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

"Rusiya-Azərbaycan münasibətlərinin dinamikası müsbətdir", - A.Fenenko bildirib.

Azərbaycanın Avrasiya İqtisadi Birliyində iştirakı barədə danışan A.Fenenko Azərbaycanın Birlikdə qismən və ya tam iştirakının Rusiya üçün çox sevindirici olacağını ifadə edib.

"Birlik üzvü kimi, Azərbaycan Rusiya ilə neft-qaz sahəsindəki əməkdaşlıqdan fayda əldə edə bilərdi. Rusiya-Türkiyə münasibətlərinin normallaşması fonunda Türkiyə vasitəsilə qaz tranziti üçün Xəzər dənizində vahid neft-qaz infrastrukturunun tikintisi mümkündür", - ekspert bildirib.

O qeyd edib ki, "Şimal-Cənub" layihəsinin inkişafının Rusiyanın malların tranzitini Gürcüstan və Ermənistan ərazisindən etmək asılılığını azaldacaq və tranzit siyasəti üçün böyük azadlıq verəcək, Azərbaycan isə Rusiya və İran arasında mühüm həlqə olmaq imkanı qazanacaq.

Onun sözlərinə görə, bu gün Rusiyada Azərbaycanla hərbi-texniki modernləşdirmə sahəsində əməkdaşlıq haqqında yeni müqavilənin hazırlanması barədə fəal müzakirələr gedir və bu, ölkələri bir-birinə daha da yaxınlaşdıracaq.

Son xəbərlər

Orphus sistemi