Rusiyalı ekspert: “Hamı Cənubi Qafqazda daimi sülhün bərqərar olmasında maraqlıdır”

Rusiyalı ekspert: “Hamı Cənubi Qafqazda daimi sülhün bərqərar olmasında maraqlıdır” “Hamı Cənubi Qafqazda daimi sülhün bərqərar olmasında maraqlıdır”.
Qarabağ
12 Noyabr , 2021 15:03
Rusiyalı ekspert: “Hamı Cənubi Qafqazda daimi sülhün bərqərar olmasında maraqlıdır”

“Hamı Cənubi Qafqazda daimi sülhün bərqərar olmasında maraqlıdır”.

“Report” xəbər verir ki, bunu rusiyalı politoloq, Çağdaş Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) təşkil etdiyi "dəyirmi masa"da bildirib.

Politoloq regionda nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin vacbliyini vurğulayaraq, bunun Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması və sülhün bərqərar olması sayəsində mümkün olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında enerji sahəsində əməkdaşlıq vacib məsələlərdəndir: “Bu sahədə münasibətləri inkişaf etdirmək, uzunmüddətli müqavilələr imzalamaq lazımdır”.

D.Solonnikov həmçinin Rusiyanın Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin reallaşdırılmasında maraqlı olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi