Rusiyalı ekspert: "Ermənistan üçtərəfli işçi qrupda iştirakı bərpa etməyib"

Rusiyalı ekspert: "Ermənistan üçtərəfli işçi qrupda iştirakı bərpa etməyib" “Seçkiqabağı dövrdə Ermənistan üçtərəfli işçi qrupu çərçivəsində iştirakını birtərəfli qaydada dayandırmışdı. Lakin Nikol Paşinyan baş nazir vəzifəsini tam olaraq icra etməyə başladıqdan sonra bu komissiyanın tərkibində öz iştirakını bərpa etmək üçün barm
Qarabağ
725
16 Avqust , 2021 17:20
Rusiyalı ekspert: Ermənistan üçtərəfli işçi qrupda iştirakı bərpa etməyib
Oleq Kuznetsov

“Seçkiqabağı dövrdə Ermənistan üçtərəfli işçi qrup çərçivəsində iştirakını birtərəfli qaydada dayandırmışdı. Lakin Nikol Paşinyan baş nazir vəzifəsini tam olaraq icra etməyə başladıqdan sonra bu komissiyanın tərkibində öz iştirakını bərpa etmək üçün barmağını belə tərpətməyib”.

Bunu “Report”un Rusiya bürosuna tarixçi və hərbi ekspert Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, hazırda nə institusional, nə də praktiki baxımdan münaqişəsonrası həll prosesi həyata keçirilmir. Sərhəddə atışma hallarının artması isə vəziyyətin daha da kəskinləşməsinə səbəb ola bilər.

Kuznetsov qeyd edib ki, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca rusiyalı sülhməramlıların yerləşdirilməsi haqqında erməni tərəfinin təklifinə gəlincə, bu, iki səbəbdən mümkün deyil.

"Birincisi, Azərbaycan ərazisində Rusiya sülhməramlılarının dislokasiya yeri kimi Qarabağ ərazisi müəyyən edilib və onların yeri dəyişdirilə bilməz. Rusiya sülhməramlılarının sayı isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında müəyyən edilib və o da dəyişdirilə bilməz. Bundan başqa, sərhədçilərin hərbi-xidməti fəaliyyəti sərhəd xətti boyunca təşkil edilir, o isə hələ müəyyən edilməyib”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi