Sergey Lavrov: "Rəsmi Bakı ilə Yerevan gərginliyi azaltmaqda maraqlıdır"

Sergey Lavrov: "Rəsmi Bakı ilə Yerevan gərginliyi azaltmaqda maraqlıdır" Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda tələbə və müəllimlər qarşısında çıxışı edib.
Qarabağ
904
1 Sentyabr , 2020 12:36
Sergey Lavrov: Rəsmi Bakı ilə Yerevan gərginliyi azaltmaqda maraqlıdır
Sergey Lavrov
0 : 00
0 : 00

"Ermənistan və Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin həllini tapmasında maraqlıdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlət İnstitutunun tələbələri və müəllimləri qarşısında çıxış edərkən bildirib.

Rusiyalı nazir dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyanın söhbət etdiyini diqqətə çatdırıb.

O deyib: “Bizdə olan təəssürata görə, hər iki tərəf vəziyyətin sabitləşməsində, regionda həmsədrlərin təşkil etdikləri görüşlərin davam etdirilməsində maraqlıdırlar”.

Son xəbərlər

Orphus sistemi