Rusiya XİN: "Azərbaycan və Ermənistan liderləri arasında təmaslar davam etməlidir"

Rusiya XİN: "Azərbaycan və Ermənistan liderləri arasında təmaslar davam etməlidir" “Azərbaycan ilə Ermənistan liderləri arasında mütəmadi təmasların davam etddirilməsini mühüm hesab edirik”.
Qarabağ
191
9 Dekabr , 2021 18:31
Rusiya XİN: Azərbaycan və Ermənistan liderləri arasında təmaslar davam etməlidir

“Azərbaycan ilə Ermənistan liderləri arasında təmasların mütəmadi davam etdirilməsini mühüm hesab edirik”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Rusiya rəsmisi Azərbaycan ilə Ermənistan arasındakı münasibətləri yoluna qoyacaq səyləri alqışladıqlarını da diqqətə çatdırıb.

“İki ölkə liderləri arasında dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş nəticəsində üçtərəfli razılaşmaların reallaşdırılmasına sadiqliyin ifadə olunacağına ümidvarıq” – deyə Rusiya XİN nümayəndəsi qeyd edib.

Son xəbərlər

Orphus sistemi