Bakı. 10 iyun.
“Report”un məlumatına görə, Rusiya XİN-in təmsilçisi Mariya Zaxarova bildirib ki, təmsil etdiyi qurumun iyunun 9-da bu görüş barədə yaydığı məlumat düzgün hazırlanmayıb: “Söhbət hipotetik ehtimalından, hansısa görüşün keçirilməsi ehtimalından gedir. Belə görüşün keçirilməsi ehtimalının olması barədə bütün tətərflər razılığını bildiriblər. Əgər hər hansı praktik nəticələr olsa, o zaman hər kəsə əlavə məlumat veriləcək.”
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu şərd edən XİN rəsmisi söyləyib ki, rəsmi Moskva heç kəsi münaqişənin həlli üzrə danışıqlar prosesindən kənarlaşdırmır: "Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin rolunu yüksək qiymətləndiririk və hazırda mövcud olan formatın çərçivəsində fəal iştirak edirik".