Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi tərəflərinin danışıqlar masasına qayıdacağına ümid edirik

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi tərəflərinin danışıqlar masasına qayıdacağına ümid edirik "Ötən ilin aprel hadisələri 1994-cü ildən bəri atəşkəs rejiminin ən ciddi pozulduğu an oldu"
Qarabağ
5 Aprel , 2017 17:36
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi tərəflərinin danışıqlar masasına qayıdacağına ümid edirik

Bakı. 5 aprel. REPORT.AZ/ "Ötən ilin aprel hadisələri 1994-cü ildən bəri atəşkəs rejiminin ən ciddi pozulduğu an olub."

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

"Bu gün Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində irimiqyaslı hərbi əməliyyatların dayandırılması ilə bağlı Moskvada razılıq əldə olunmasından bir il ötür. Bu, 1994-cü ildə atəşkəs imzalanmasından sonra ən ciddi pozuntu halı oldu", - M.Zaxarova bildirib.

O, ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatların münaqişə zonasında vəziyyətin sabitləşdirmək və sülh prosesinin təşviqinə şərait yaratmaq məqsədilə, xüsusilə Vyana və Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən sammitlər çərçivəsində fəal səylər göstərdiyini xatırladıb.

"Bu istiqamətdə işlər bütün səviyyələrdə davam etdirilir. Tərəflərin dayanıqlı və uzunmüddətli həllə nail olmağa istiqamətlənmiş danışıqlar masasına qayıdacağına ümidvarıq" - XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi