Rusiya XİN: "Moskva Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələri davam etdirir"

Rusiya XİN: "Moskva Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələri davam etdirir" "Rusiya XİN başçısı Sergey Lavrovun Münhen Təhlükəsizlik Konfransında və Bonnda keçirəcəyi görüşlərin qrafiki hazırlanır"
Qarabağ
9 Fevral , 2017 17:52
Rusiya XİN: Moskva Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələri davam etdirir

Bakı. 9 fevral. REPORT.AZ/ "Rusiya XİN başçısı Sergey Lavrovun Münhen Təhlükəsizlik Konfransında və Bonnda keçirəcəyi görüşlərin qrafiki yalnız indi hazırlanır".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün mümkünlüyünü şərh edərkən deyib.

"Biz görüşləri təklif edirik və müvafiq tərəflərlə razılaşdırırıq. Onu deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələri davam etdiririk. Görüşün dəqiq nə vaxt və harada olacağı sonra bilinəcək" - M.Zaxarova vurğulayıb.

Son xəbərlər

Orphus sistemi