Rusiya XİN: Minsk qrupu həmsədrləri üçlüyünə xas komanda ruhunun qorunub saxlanılacağına ümid edirik

Rusiya XİN: Minsk qrupu həmsədrləri üçlüyünə xas komanda ruhunun qorunub saxlanılacağına ümid edirik Rusiya XİN rəsmisi ABŞ-ın Minsk qrupuna yeni həmsədr təyin etməsinə münasibət bildirib
Qarabağ
31 avqust 2017 13:10
Rusiya XİN: Minsk qrupu həmsədrləri üçlüyünə xas komanda ruhunun qorunub saxlanılacağına ümid edirik

Bakı. 31 avqust. REPORT.AZ/ "Riçard Hoqlandın bəyanatı yenilik deyil, ABŞ, Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatlarında dəfələrlə buna əsaslanıb".

"Report" xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri üzrə bu yaxınlarda səsləndirdiyi fikirləri şərh edərkən deyib.

XİN rəsmisi həmçini yeni amerikalı həmsədr Endryu Şefferin təyinatını da alqışlayıb. Onun sözlərinə görə, həmsədrlər yenilənmiş heyətlə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə yardım səylərini davam etdirəcəklər: "Minsk qrupu həmsədrləri üçlüyünə xas komanda ruhunun qorunub saxlanılacağına ümid edirik".

Son xəbərlər

Orphus sistemi