Bakı. 12 yanvar. REPORT.AZ/ "İki ölkə bu çətin vəziyyəti həll etmək üçün özündə güc və müdriklik, diplomatik imkanlar tapmalıdır".
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində düşmənin təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan əsgərinin meyitinin qaytarılmaması məsələsini şərh edərkən deyib.
O bildirib ki, həll yolunun açarı tərəflərin öz əllərindədir.