Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin həmsədri vəzifəsini icra edən Levent Bilman Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
"Report" Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər münaqişənin həlli problemlərinə toxunub, o cümlədən Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrinə xüsusi diqqət ayırıblar.
"L.Bilman həmçinin Rusiya XİN-in müvafiq departamentlərində qəbul edilib, onunla Ukraynanın şərqindəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də BMT-nin münaqişələrin qarşısının alınmasında rolunun vurğulanması ilə ümumi sülh və təhlükəsizlik məsələləri müzakirə edilib", - nazirliyin məlumatında deyilir.