Rusiya və İran prezidentləri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiya və İran prezidentləri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək Həsən Ruhani Rusiyaya səfər edəcək
Qarabağ
7 Fevral , 2017 12:31
Rusiya və İran prezidentləri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. 7 fevral. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani Moskvaya səfəri zamanı Rusiyanın dövlət başçısı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın İrandakı səfir Levan Caqaryan bildirib.

Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhani bu ilin mart ayının sonunda Rusiyaya səfər edəcək.

“Şübhəsiz ki, səfər zamanı Əfqanıstandakı vəziyyət, Xəzər dənizi ilə bağlı problemlər, Dağlıq Qarabağ münaqişəsi kimi regional problemlər diqqət mərkəzində olacaq”, - deyə səfir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi