Rusiya və Ermənistanın XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə edib

Rusiya və Ermənistanın XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə edib Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutmuş telefon danışığı zamanı üçtərəfli razılaşmanın yerinə yetirilməsi müzakirə edilib.
Qarabağ
544
21 Mart , 2022 15:33
Rusiya və Ermənistanın XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə edib
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutmuş telefon danışığı zamanı üçtərəfli razılaşmanın yerinə yetirilməsi müzakirə edilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat Xidməti məlumat yayıb.

“Regional nöqteyi-nəzərdən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının, o cümlədən Ermənistan-Azərbaycan sərhəddinin delimitasiya prosesinin ən qısa zamanda başlanmasının və regionda nəqliyyat, iqtisadi əlaqələrin bərpasına start verilməsinin vacibliyi vurğulanıb. Rusiyanın da hər cür dəstəklədiyi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsinə toxunulub”, - məlumatda deyilir.

XİN başçıları həmçinin ikitərəfli, gündəlikdə duran aktual məsələləri müzakirə edib, KTMT, Avrasiya İqtisadi Birliyi və MDB kimi inteqrasiya strukturları çərçivəsində rəsmi Moskva və İrəvan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi