Rusiya Təhlükəsizlik Şurası: Qarabağ problemi zor gücünə həll edilə bilməz

Rusiya Təhlükəsizlik Şurası: Qarabağ problemi zor gücünə həll edilə bilməz Dağlıq Qarabağ problemini zor gücü ilə yox, yalnız siyasi yolla həll olunmalıdır.
Qarabağ
19817
28 Sentyabr , 2020 14:41
Rusiya Təhlükəsizlik Şurası: Qarabağ problemi zor gücünə həll edilə bilməz
Dmitri Medvedyev
0 : 00
0 : 00

"Dağlıq Qarabağ problemini zor gücü ilə yox, yalnız siyasi yolla həll olunmalıdır".

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.

“Dağlıq Qarabağ münaqişəsi bölgəsində yeni gərginlik yenə də qan tökülməsinə, insan tələfatına səbəb oldu. Dağlıq Qarabağ problemini zor gücünə həll etmək olmaz. Bunun həlli yalnız siyasi-diplomatik yollarla əldə edilməlidir. Bu böhranı aradan qaldırmaq üçün bütün imkanlar işə salınmalıdır. O cümlədən ATƏT-in Minsk qrupu çərçivəsindəki vasitəçilik, yaxud ikitərəfli format da işə salınmalıdır. Ermənistanın və Azərbaycanın bizim qonşumuz və yaxın tərəfdaşımız olduğunu nəzərə almaq lazımdır”, – o, sosial şəbəkədəki səhifəsində yazıb.

Son xəbərlər

Orphus sistemi