Putinin nümayəndəsi: “Azərbaycan və Rusiya prezidentlərini dostluq münasibətləri bağlayır”

Putinin nümayəndəsi: “Azərbaycan və Rusiya prezidentlərini dostluq münasibətləri bağlayır” “Azərbaycan və Ermənistan arasında barışın əldə olunması bir sıra problemlərin həllində, o cümlədən sərhədlərin demilitasiya və demarkasiya prosesində dəqiqlik tələb edir. Rusiya bu məsələdə tərəflərə dəstək verməyə hazırdır”.
Qarabağ
235
24 Noyabr , 2021 17:08
Putinin nümayəndəsi: “Azərbaycan və Rusiya prezidentlərini dostluq münasibətləri bağlayır”

“Azərbaycan və Ermənistan arasında barışın əldə olunması bir sıra problemlərin həllində, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya prosesində dəqiqlik tələb edir. Rusiya bu məsələdə tərəflərə dəstək verməyə hazırdır”.

Bunu “Report”a açıqlamasında Bakıda səfərdə olan Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

Şvıdkoy qeyd edib ki, Rusiya Qafqazda sülhün bərqərar olmasında maraqlıdır.

Onun sözlərinə görə, Rusiya İkinci Qarabağ müharibəsi zamanı özünü son dərəcə təmkinli apardı: “Biz tərəfdaşımız olan Azərbaycanla, eləcə də Ermənistanla münasibətlərimizi qoruyub saxlamağa çalışırdıq”.

Şvıdkoy Azərbaycan və Rusiya prezidentləri arasında uzun müddətdir dostluq münasibətləri olduğunu nəzərə çatdırıb.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi bildirib ki, hazırkı mərhələdə təkcə dövlətləri deyil, həm də xalqları barışdırmaq üzərində düşünmək lazımdır.

“Tarixin son 30 illik səhifəsi 2020-ci ildə çevrildi... Bu gün əsas məsələ sülhə alternativin olmadığını anlamaqdır, çünki müharibə heç bir xalqa xoşbəxtlik gətirmir" - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi