Rusiya, Azərbaycan və Ermənistan prezidentləri görüşləri müntəzəm davam etdirməyi qərara alıblar

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri görüşləri müntəzəm davam etdirməyi qərara alıblar Bu barədə Sankt-Peterburqda keçirilmiş üçtərəfli görüşün yekunları ilə bağlı bu gün qəbul olunmuş birgə bəyanatda bildirilib
Qarabağ
20 İyun , 2016 20:47
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri görüşləri müntəzəm davam etdirməyi qərara alıblar

Bakı. 20 iyun. REPORT.AZ/ Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşləri müntəzəm olaraq davam etdirmək barədə razılığa gəliblər.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Vladimir Putin, İlham Əliyev və Serj Sarqsyan arasında Sankt-Peterburqda keçirilmiş görüşün yekunları ilə bağlı bu gün qəbul olunmuş birgə bəyanatda bildirilib.

"Prezidentlər Sankt-Peterburq görüşünə qatılmış ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə əlavə olaraq Dağlıq Qarabağ problemi üzrə müntəzəm əlaqələrin bu formatda davam etdirilməsini razılaşdırıblar", -deyə sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi