Rövşən Rzayev: “Çıraqovlar və digərləri Ermənistana qarşı” prosesini davam etdirmək olar”

Rövşən Rzayev: “Çıraqovlar və digərləri Ermənistana qarşı” prosesini davam etdirmək olar” “Çıraqovlar və digərləri Ermənistana qarşı” prosesini davam etdirmək olar”.
Qarabağ
13 Sentyabr , 2019 16:10
Rövşən Rzayev: “Çıraqovlar və digərləri Ermənistana qarşı” prosesini davam etdirmək olar”

“Çıraqovlar və digərləri Ermənistana qarşı” prosesini davam etdirmək olar”.

“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə ədalətli mövqe tutub: “Məhkəmə bununla bağlı 2015-ci ildə qərar da qəbul edib. Düşünürəm ki, bu prosesi davam etdirmək olar. Amma bundan qabaq beynəlxaq qurumlar Dağlıq Qarbağ məsələsi ilə bağlı ədalətli mövqedən çıxış etməlidir. O cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər işğala son qoyulması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb etməlidir. Ondan sonra biz digər məsələlərlə bağlı müzakrələr apara bilərik”.

Son xəbərlər

Orphus sistemi