Riçard Hoqland: "Moskva-Vaşinqton münasibətlərinin pisləşməsi həmsədrlər arasındakı əlaqələrə təsir göstərməyib"

Riçard Hoqland: "Moskva-Vaşinqton münasibətlərinin pisləşməsi həmsədrlər arasındakı əlaqələrə təsir göstərməyib" "Hərbi münaqişə ehtimalını azaltmaq lazımdır"
Qarabağ
11 Avqust , 2017 11:19
Riçard Hoqland: Moskva-Vaşinqton münasibətlərinin pisləşməsi həmsədrlər arasındakı əlaqələrə təsir göstərməyib

Bakı. 11 avqust. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri üçün artıq etimadın gücləndirilməsi istiqamətində addımlar atmağın vaxtı çatıb".

"Report" xəbər verir ki, bunu "Amerikanın səsi" radiosuna müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

O, yaxın zamanlarda bu istiqamətdə müəyyən addımlar atılacağına ümidvar olduğunu bildirib.

Həmsədrin sözlərinə görə, nizamlama prosesinin əsasında vəziyyəti hərbsizləşdirəcək və region əhalisinə sülh, rifah və təhlükəsizlik gətirəcək kompromislər tapmaq dayanır. 

"Hərbi münaqişə ehtimalını azaltmaq lazımdır. Bu səbəbdən iki ölkə arasında gərgin münasibətlərin olmasına baxmayaraq, ABŞ bu məsələ ətrafında Rusiya ilə birgə çalışır. Bizim işimizdə, həmsədrlər arasındakı münasibətlərdə heç nə dəyişməyib. Moskva ilə Vaşinqton arasındakı münasibətlərinin pisləşməsi həmsədrlər arasındakı əlaqələrə təsir göstərməyib. Siyasətçilər bir-biri ilə münaqişə yaşaya bilər, biz isə işimizi davam etdirmək niyyətindəyik", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi