Bakı. 21 iyul. REPORT.AZ/ Rusiyanın "Dojd" telekanalı "Report"un müdaxiləsindən sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvini düzəltdi.
"Report" xəbər verir ki, Agentliyin telekanal rəhbərliyinə edilən müvafiq müraciətindən sonra qondarma "
Xatırladaq ki, bir neçə gün əvvəl "Report" Agentliyi telekanal saytının abunə bölümündə, yaşayış yerinin seçilməsi üçün tərtib olunan siyahıdakı dövlətlər arasında Azərbaycanın işğal olunan ərazilərində yaradılan və separatçı qurum olan qondarma "DQR" adlı "ölkənin" müstəqil dövlət kimi təqdim edilməsi ilə bağlı "Dojd" telekanalının rəhbərliyinə sorğu ilə müraciət etmişdi.