Ravvin: “Ruhlar şəhərinin şahidi oldum”

Ravvin: “Ruhlar şəhərinin şahidi oldum” "Erməni işğalçıları qətiyyən burada məskunlaşmağı planlaşdırmırdılar və bu yerləri yalnız dağıtmağa çalışmaqla buranı özlərininki hesab etmədiklərini sübut ediblər”
Qarabağ
1094
9 Fevral , 2021 12:03
Ravvin: “Ruhlar şəhərinin şahidi oldum”
Zamir İsayev

“Keçmiş tələbələrimin azad etmək üçün vuruşduqları yerləri öz gözlərimlə görə bilmək mənim üçün vacib idi”.

“Report” “Jerusalem Post”a istinadən xəbər verir ki, bunu işğaldan azad edilmiş Azərbaycan torpaqlarına baş çəkən ravvin Zamir İsayev deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında keçən ilin payızında baş tutan müharibə iki qonşu arasında uzun müddət davam edən gərginlik və qarşıdurmaya son qoysa da, bu uzun tarixin buraxdığı izlər və dağıntılar bu gün də qalmaqdadır.

Səfərinin ən vacib dayanacağının Azərbaycan-İran sərhədindəki Zəngilan şəhəri olduğunu söyləyən ravvin, təxminən, 30 ildir xarabalığa çevrilmiş, tamamilə məhv edilmiş ruhlar şəhərinin şahidi olduğunu bildirib.

“Tikililərin çoxu demək olar sökülüb. Erməni işğalçıları qətiyyən burada məskunlaşmağı planlaşdırmırdılar və bu yerləri yalnız dağıtmağa çalışmaqla buranı özlərininki hesab etmədiklərini sübut ediblər”, - ravvin söyləyib.

O, həmçinin Azərbaycan ordusunda döyüşən yəhudilərin cəmiyyətimizin və bütün ölkənin qüruru olduqlarını əlavə edib.

Xatırladaq ki, Z.İsayev Bakıda anadan olub və İsraildə böyüyüb, lakin daha sonra yenidən doğma şəhərinə qayıdıb və məzunlarının çoxu Azərbaycan torpaqlarının azadlığı üçün müharibədə iştirak edən paytaxtın yəhudi məktəbinin direktoru olub.

Son xəbərlər

Orphus sistemi