Qubadlıda itkin erməni hərbçilərin meyitləri aşkarlandı

Qubadlıda itkin erməni hərbçilərin meyitləri aşkarlandı Qubadlı rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş dörd hərbçisinin meyiti aşkarlanıb.
Qarabağ
14 Fevral , 2021 20:54
Qubadlıda itkin erməni hərbçilərin meyitləri aşkarlandı

Qubadlı rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş dörd hərbçisinin meyiti aşkarlanıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, meyitlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertiza qrupu yaradılıb.

Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 378 nəfərə çatıb.

Qeyd edək ki, itkin ermənilərin axtarışlarında Rusiya hərbçiləri ilə yanaşı, əsgər və zabitlərin valideynləri, yaxınları da iştirak edir. Əsgər valideynləri dəfələrlə Yerevanda hökumət binasının qarşısında etiraz aksiyaları keçirərək, övladlarının tapılmamasına narazılıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi