Qoşunların təmas xəttində erməni əsgəri öldürülüb

Qoşunların təmas xəttində erməni əsgəri öldürülüb Hadisə noyabrın 13-də baş verib
Qarabağ
135
13 Noyabr , 2016 17:05
Qoşunların təmas xəttində erməni əsgəri öldürülüb

Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 13-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda erməni əsgəri öldürülüb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Vardan Arakelyan naməlum şəraitdə güllə yarası alaraq ölüb.

İnsident Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin cənub istiqamətində qeydə alınıb.

Hadisənin detallarının araşdırılması üçün təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi