Bakı. 26 fevral. REPORT.AZ/ Qırğız Respublikası Seçki və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Abdraimov Tuyqunalı Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucova Xocalı soyqırımı ilə bağlı başsağlığı məktubu ünvanlayıb.
Səfirlikdən "Report"a verilən məlumat görə, məktubda deyilir:
“Azərbaycan xalqına qarşı baş vermiş bu soyqırımın miqyasını və insanlara qarşı işlənmiş bu cinayət əməlini sadə sözlərlə ifadə etmək çox çətindir. Belə insanlığa sığmayan bir vəhşiliyin nəticəsində Xocalı şəhərinin sakinlərinin, hətta uşaqların belə qətlə yetirildiyi, hər bir ailədə belə ağır itkilərin baş verdiyi üçün biz Azərbaycan xalqına öz dəstəyimizi ifadə edir, kədərinizə şərik çıxırıq.
Biz bu dəhşətli soyqırımdan ziyan çəkmiş hər bir ailənin acısını bölüşürük”.