Qırğız hüquqşünas: "Ermənistan məsuliyyətə cəlb olunmalıdır"

Qırğız hüquqşünas: "Ermənistan məsuliyyətə cəlb olunmalıdır" “Türk dünyası ölkələri bu məsələdə həmrəylik göstərməlidir”
Qarabağ
145
21 May , 2021 13:28
Qırğız hüquqşünas: Ermənistan məsuliyyətə cəlb olunmalıdır
Kayrat Osmonaliyev

“Erməni işğalçılarının və təcavüzkarlarının Azərbaycanın azad edilmiş ərazilərində cinayətkar fəaliyyətinə dair dəlillər göz qabağındadır, bütün sübutlar mövcuddur”.

Bu barədə “Report”a Qırğız Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Kayrat Osmonaliyev bildirib.

“Bu münaqişənin həllində iştirak edən bütün siyasi aktorlara da aydındır ki, Ermənistan və Qarabağdakı separatçılar beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüquq çərçivəsində məsuliyyətə cəlb olunmalıdırlar. Azərbaycanın mədəni irsinin təhqir olunması insanı xüsusilə hiddətləndirir. Belə cinayətlər cəzasız qalmamalıdır”, – o deyib.

K.Osmonaliyev, həmçinin dünya ölkələrini BMT Baş Assambleyasında Qarabağdakı tarixi və mədəni irs abidələrinin dağıdılmasını pisləyən qətnaməyə həmmüəlliflik etmək barədə düşünməyə çağırıb: “Hesab edirəm ki, Türk dünyası ölkələri bu məsələdə həmrəylik göstərməlidirlər”.

Bir qədər öncə, Azərbaycan vandalizm aktları ilə əlaqədar 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi