Qazaxıstan səfirliyi azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı başsağlığı verib

Qazaxıstan səfirliyi azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı başsağlığı verib Qazaxıstan Səfirliyi Kəlbəcər rayonunda peşə fəaliyyətini icra edən zaman tank əleyhinə minanın partlaması nəticəsində həlak olan KİV nümayəndələrin və icra hakimiyyəti əməkdaşının həlak olması ilə əlaqədar qohumlarına və yaxınlarına dərin hüznlə başsağlı
Qarabağ
4 İyun , 2021 17:53
Qazaxıstan səfirliyi azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı başsağlığı verib

Qazaxıstanın Azərbaycandakı səfirliyi media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda minaya düşərək şəhid olmaları ilə bağlı başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığında deyilir:

"Kəlbəcər rayonunda peşə fəaliyyətlərini icra edən zaman tank əleyhinə minanın partlaması nəticəsində həlak olan KİV nümayəndələrinin və icra hakimiyyəti əməkdaşının yaxınlarına, qohumlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayırq", - diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi