Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik edib

Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik edib Qazaxıstan Səfirliyi Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edib.
Qarabağ
8 Noyabr , 2021 09:32
Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik edib

Qazaxıstanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 8 Noyabr-Zəfər Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, diplomatik nümayəndəliyin yaydığı təbrikdə deyilir.

"Qazaxıstan səfirliyinin kollektivi bütün qardaş Azərbaycan xalqını tarixi hadisə - Zəfər Gününün birinci ildönümünün sevinclə qeyd edilməsi və qarşıdan gələn bayramlar - Azərbaycanın Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir. Səmimi qəlbdən hər kəsə sülh, xoş günlər, əmin-amanlıq, bütün işlərdə böyük nailiyyətlər və uğurlar arzulayırıq!"

Son xəbərlər

Orphus sistemi