Qaxda Zəfər Günü qeyd olunur

Qaxda Zəfər Günü qeyd olunur Qaxda Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilir.
Qarabağ
8 Noyabr , 2021 14:01
Qaxda Zəfər Günü qeyd olunur

Qaxda Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, səhər saatlarından başlayaraq şəhər sakinləri, müharibə iştirakçıları, qazilər və rayon gəncləri üçrəngli bayraqlarla mərkəzi küçə və prospektlərdə zəfər yürüşü keçiriblər. Yürüş Heydər Əliyev prospekti ilə davam edərək Şəhidlər Xiyabanında yekunlaşıb.

Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Qax rayon şəhidlərinin xatirəsi anılıb, onların məzarları önünə tər çiçəklər düzülüb. Qax şəhəri ərazisində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, axşam saatlarında 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı keçiriləcək. Daha sonra saat 20:00-da 8 Noyabr - Zəfər Gününə həsr olunan möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi