​QAT İdarə Heyəti aclıq aksiyasının dayandırılması ilə bağlı qərar qəbul edib

​QAT İdarə Heyəti aclıq aksiyasının dayandırılması ilə bağlı qərar qəbul edib Girovlarla bağlı beynəlxalq təşkilatların fəaliyyətində müəyyən irəliləyişlər hiss olunub
Qarabağ
20 Noyabr , 2014 13:19
​QAT İdarə Heyəti aclıq aksiyasının dayandırılması ilə bağlı qərar qəbul edib

Bakı 20 noyabr. REPORT.AZ/ Qarabağ Azadlıq Təşkilatının (QAT) İdarə Heyəti üzvlərinin Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin talelərinə beynəlxalq təşkilatların biganəliyinə etiraz olaraq keçirdiyi aclıq aksiyasının dayandırılması ilə bağlı qərar qəbul edib.

Bu barədə "Report"a təşkilatdan məlumat verilib. Məlumatda bildirilib ki, QAT-ın keçirdiyi 1 həftəlik aclıq aksiyası ilə bağlı qərar qəbul olunarkən aksiya iştirakçılarının səhhətində yaranmış gərginlik, həkimlərin təkid etməsi, həmçinin aksiyanın kifayət qədər rezonans doğurması nəzərə alınıb. Yeddi gün ərzində aksiyaya geniş dəstək verilib, girovların məsələsi kifayət qədər ictimailəşdirilib, hakimiyyətin və beynəlxalq təşkilatların fəaliyyətində müəyyən irəliləyişlər hiss olunub.

QAT rəhbərliyi aclıq aksiyasının iştirakçıları ilə birlikdə bu gün 20 noyabr terror aktı qurbanlarının məzarlarını da ziyarət edib, məzarların üzərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar. QAT 20 noyabr terror aktı nəticəsində helikopterdə həlak olmuş insanlarla bağlı Milli Məclisə müraciət edib.

Təşkilat bir sıra təkliflər də irəli sürüb: 20 noyabr terror aktının qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün geniş tədbirlər həyata keçirilsin, onların hər birinə şəhid statusu verilsin.

20 noyabr tarixinin “ Terror qurbanları günü” elan olunması ilə bağlı qanun qəbul edilsin.

Ermənistanın Azərbaycana qarşı törətdiyi 20 noyabr və digər terror aktları ilə bağlı faktları təqdim etməklə beynəlxalq təşkilatlar qarşısında Ermənistanın terrorçu dövlət kimi tanınması üçün məsələ qaldırılsın.

Son xəbərlər

Orphus sistemi