Qarşıda ən vacib məsələlərdən biri Qarabağın tezliklə dirçəldilməsidir

Qarşıda ən vacib məsələlərdən biri Qarabağın tezliklə dirçəldilməsidir "Azərbaycanınn bunun üçün geniş imkanları var"
Qarabağ
14 Yanvar , 2021 14:41
Qarşıda ən vacib məsələlərdən biri Qarabağın tezliklə dirçəldilməsidir

"Bu ilin dövlət büdcəsi hər zaman olduğu kimi yenə də sosialyönümlüdür. Ölkəmizdə hər zaman məcburi köçkünlərə və şəhid ailələrinə yüksək diqqət və qayğı olub. Dövlət əhalinin bu təbəqəsinə hər zaman xüsusi həssaslıqla yanaşıb".

Bunu "Report"a açıqlamasında Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputat seçilmiş Ceyhun Məmmədov deyib.

O vurğulayıb ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bu məsələyə ayrıca toxunaraq xüsusi qeyd edib ki, bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib:

"2020-ci ildə 1 500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu. Yanvarın 15-dək bu 1 500 ailə evlərlə təmin olunacaq. Proqram bu il də davam etdiriləcək. Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcək. Artıq prosesə başlanılıb. Bu, dövlətin bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğının növbəti təzahürüdür. Burada digər bir vacib məqam ondan ibarətdir ki, qeyd olunanlar nəzərə alınaraq, bu il məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək. Füzuli rayonunda, Horadizdə və s. yerlərdə tikilən evlər köçkünlərə veriləcək. Bu yanaşmanının ciddi siyasi və iqtisadi əsasları var. Torpaqlar işğaldan azad olunduqdan sonra bu əraziləri qoyub digər yerlərdə məcburi köçkünlərə ev verilməsinin heç bir əsası yoxdur".

Deputat deyib ki, artıq Azərbaycan qısa müddətdə öz doğma torpaqlarını işğaldan azad edib:

"Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqları günü gözləyirlər. Onlar 27 ildən artıq idi ki, bu günü səbirsizliklə gözləyirdilər. Nəhayət həyata keçirilən uzaqgörən və müdrik siyasət nəticəsində həmin gün yetişdi. Prezident eyni zamanda, köçkünlər arasında sorğuların keçirilməsinin, onların niyyətinin öyrənilməsinin zəruriliyini xüsusi vurğuladı. Köçkünlər suallara ayrı-ayrılıqda səmimi cavab verməlidirlər ki, kimlərin öz dədə-baba torpaqlarına getmək fikirləri var. Bu məsələ gələcək planlaşdırma üçün xüsusi önəm daşıyır. Bunu bilmədən dəqiq planlaşdırma aparmaq mümkün deyil".

C.Məmmədov qeyd edib ki, bu gün qarşıda duran ən vacib məsələlərdən biri də Qarabağın tezliklə dirçəldilməsi və Ermənistanın təcavüzünə məruz qalaraq bu yerləri tərk edən insanların bu yerlərə qayıdaraq burada həyatın öz axarına qayıtmasına nail olmaqdır:

"Azərbaycanın bunun üçün geniş imkanları var. Vaxtilə Azərbaycan respublikanın bir sıra regionlarında bu isitqamətdə uğurlu layihələrin həyata keçirməsinə nail olub. Burada Cocuq Mərcanlı nümunəsi var. Azərbaycanın bunun üçün güclü iradəsi və iqtisadi resursları var. Azərbaycan buna mütləq nail olacaq".

Son xəbərlər

Orphus sistemi