Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində koronavirusa yoluxma hallarının sayında artım müşahidə edilib.
“Report” xəbər verir ki, bu barədə məlumatı qondarma rejimin “Səhiyyə Nazirliyi” yayıb.
Məlumata görə, bölgədə koronavirusa yoluxanların sayı 96-ya çatıb. Onlardan 56 nəfər sağalıb.
Bildirilib ki, işğal altında olan ərazidə 93 nəfər karantinə alınıb, 1 553 koronavirus testi aparılıb.