Qarabağda erməni minaya düşərək ölüb

Qarabağda erməni minaya düşərək ölüb Azərbaycanın Qarabağ bölgəsində erməni minaya düşərək ölüb.
Qarabağ
4469
13 Yanvar , 2021 15:17
Qarabağda erməni minaya düşərək ölüb

Azərbaycanın Qarabağ bölgəsində erməni minaya düşərək ölüb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə Tərtər rayonunun Ağdərə qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, M.M. adlı erməni ekskavatorla iş görən zaman partlayış baş verib. Nəticədə o, müxtəlif dərəcəli yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Son xəbərlər

Orphus sistemi