Bakı. 1 dekabr. REPORT.AZ/ İşğalçı Ermənistan ordusunda qarşılıqlı münasibətlərin pozulması zəminində baş verən cinayət hadisələri zamanı iki hərbi qulluqçu xəsarət alaraq hərbi tibb məntəqəsinə yerləşdirilib.
"Report"un məlumatına görə, tankəleyhinə batareyanın kiçik çavuşu Aşot Gevorkyan bölüyün əsgəri Armen Markaryanla aralarında baş verən insident nəticəsində gözündən xəsarət alıb.
Müqavilə əsasında xidmət edən Rafael Manukyan isə əslən ermənistanlı olduğuna görə Dağlıq Qarabağdan olan erməni silahlıları tərəfindən döyülüb.
Xəsarət alan R.Manukyan Xankəndi şəhərindəki hərbi hospitala yerləşdirilib.