Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artdı - YENİLƏNİB

Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artdı - YENİLƏNİB Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında koronavirusa yoluxanların sayı 3 nəfərə çatıb.
Qarabağ
1383
9 Aprel , 2020 19:05
Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artdı - YENİLƏNİB
0 : 00
0 : 00

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında koronavirusa yoluxanların sayı 3 nəfərə çatıb.

“Report” bu barədə Ermənistan KİV-inə istinadən xəbər verir.

“Bu gün COVID-19 ilə bağlı keçirilən üç testdən ikisində müsbət nəticə çıxdı. Belə ki, koronavirus aprelin 7-də yoluxan xəstənin gəlinində aşkarlanıb. Həmin qadın aprelin 2-dən təcrid olunmuşdu”, - məlumatda qeyd edilib.

Bundan əvvəl bölgədə koronavirusa bir yoluxma halı olduğu bildirilmişdi.


*** 13:34

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində daha 3 ermənidən koronavirusla bağlı nümunə götürülüb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Analizin nəticəsi hələlik açqlanmayıb.

Qeyd edək ki, Qarabağda işğal altında olan Laçın rayonu ərazisində bir ermənidə koronavirus aşkarlanıb. Onun olduğu kəndə giriş-çıxış qadağan edilib.

Son xəbərlər

Orphus sistemi