Qarabağda atasının yarımçıq qalan işini tamamlayan qazi

Qarabağda atasının yarımçıq qalan işini tamamlayan qazi Vətən müharibəsində igidlik və qəhrəmanlığı ilə seçilən əsgərlərimizdən biri də qazi Nurlan Süleymanovdur. Nurlanın atasın İlqar isə 1-ci Qarabağ müharibəsi iştirakçısıdır.
Qarabağ
25 Dekabr , 2020 15:18
Qarabağda atasının yarımçıq qalan işini tamamlayan qazi
İlqar Süleymanov və Nurlan Süleymanov

Vətən müharibəsində igidlik və qəhrəmanlığı ilə seçilən əsgərlərimizdən biri də qazi Nurlan Süleymanovdur. Nurlanın atası İlqar isə 1-ci Qarabağ müharibəsi iştirakçısıdır.

“Report”un Mil-muğan bürosunun əməkdaşları qazimizin şərəfli döyüş yolu haqqında videoreportaj hazırlayıblar.

Nurlan həqiqi hərbi xidmətinin 16-cı ayında olarkən erməni terrorçularının diversiya basqınının qarşısnı almaq məqsədillə başlanan əməliyyatlara qumbaratan kimi qoşulur. O, Füzulidən başlayaraq Xocavəndə qədər ermənilərə göz açmağa belə imkan verməyib. Düşmənin mövqelərini və döyüş postlarını qumbaraatanla partladaraq terroçuları məhv edib.

Nurlanın atası İlqar Süleymanov isə 1-ci Qarabağ müharibəsi döyüşçüsüdür və torpaqlarımız uğrunda 5 il döyüşüb. Deyir ki, ermənilərin bizdən 5 ilə aldığını oğlumun da sıralarında olduğu Azərbaycan Ordusu 44 günə aldı.

Hacıqabul rayonunun Kolanı kəndində dünyaya gələn Nurlan Süleymanov orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanır. Xidmətinin ilk günlərindən arzusu Qarabağ uğrunda döyüşlərə girmək və atasının yarımçıq qalan işini - işğalda olan torpaqlarımızdan erməni terrorçularını qovmaq olub.

Atası 1-ci Qarabağ döyüşündə yarımçıq qoyduğu işnin Vətən müharibəsində tamamlanmasında oğlunun da böyük əməyinin olduğuyla fəxr etdiyini deyir. Bildirir ki, 1-ci Qarabağ müharibəsində də qəhərman və igid oğullarımız çox olub. Lakin başlarında İlham Əliyev kimi Ali Baş Komandan olmayıb. O vaxt dövlətə rəhbərlik edən məmurların səriştəsizliyi ucbatından Qarabağ və ətraf rayonları ermənilər işğal edib.

Qazi deyir ki, Vətən müharibəsində bütün əməliyyatlar, şəxsi heyətin döyüş hazırlığı, hərbi texnika və rabitə qurğuları komandirlər tərəfindən yüksək peşakarlıqla idarə olunub. Bütün idarəedici komandirlərə isə birbaşa Ali Baş Komandan İlham Əliyev nəzarət edib. Nurlanın sözlərinə görə, bu səbədən də, sözün həqiqi mənasında, erməniləri torpaqlarımızdan qovublar. Elə qovublar ki, ermənilər hər şeyini atıb qaçırdılar.

Nurlan döyüşə-döyüşə Xocavəndə qədər gedib çıxıb. Oradan isə Şuşa uğrunda döyüşlərdə iştirak etmək arzusunda olsa da, minaya düşür. O, torpaqlarımızı işğaldan azad edən, erməni terrorçularını isə iti qovan kimi qovan Azərbyacan Ordusunun sıralarında döyüşdüyü və bu şərəfli işdə əməyi olduğu üçün qürur duyduğunu deyir. Qazimiz ağrılar içində əməliyyatdan çıxdıqdan bir neçə dəqiqədən sonra Ali Baş Komandan İlham Əliyevin xalqa qələbə xəbərini verdiyini eşidib.

Nurlan döyüşlərdə olduğunu valideynlərindən gizlədib. Ailəsi narahat olmasın deyə, Nurlan hərbi hissədə olduğunu söyləyib. Hətta yaralandığını, bir ayağını itirdiyini belə sirr saxlayıb. Zəfər günü Nurlan ailəsi ilə danışaraq hospitalda olduğunu və yaralandığını deyib.

Son xəbərlər

Orphus sistemi