Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla komplektləşdirilməsinə başlanılıb

Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla komplektləşdirilməsinə başlanılıb ​​​​​​​“İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında ölkə başçısının Fərmanı ilə əlaqədar Ədliyyə Nazirliyi də müvafiq addımlar atır”.
Qarabağ
5564
3 Dekabr , 2020 11:25
Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla komplektləşdirilməsinə başlanılıb
Sübhi Kazımov

“İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında ölkə başçısının Fərmanı ilə əlaqədar Ədliyyə Nazirliyi də müvafiq addımlar atır”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Facebook səhifəsində canlı yayımda nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

O xatırladıb ki, artıq Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb:

“Artıq işğaldan azad edilən rayonların komendantları ilə əlaqə saxlanılıb və sıx əməkdaşlıq edilir. Hazırda idarənin kadrlarlla kompkletləşdirilməsi işlərinə başlanılıb. Çalışırıq ki, oradakı müvafiq qurumlarımızı daha təcrübəli əməkdaşlarla komplektləşdirək. Hazırda nəinki həmin rayonlardan olan ədliyyə əməkdaşları, Bakıdan və digər bölgələrdən olan əməkdaşlar da orada fəaliyyətini davam etdirmək arzusu ilə çoxsaylı müraciətlər edilir. Çalışacağıq ki, qısa müddət ərzində idarənin kadr komplektləşdiriməsini başa çatdıraq”.

Son xəbərlər

Orphus sistemi