“Qarabağ Azərbaycandır!” devizi altında internet müsabiqəsi keçirilib

“Qarabağ Azərbaycandır!” devizi altında internet müsabiqəsi keçirilib Müsabiqədə qalib gəlmiş iştirakçılar diplomla mükafatlandırılıb və onlar üçün ekskursiyalar təşkil edilib
Qarabağ
11 Fevral , 2021 18:15
“Qarabağ Azərbaycandır!” devizi altında internet müsabiqəsi keçirilib

Müdafiə Nazirliyinin dəstəyi və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” devizi altında yeddi nominasiya üzrə hərbi vətənpərvərlik mövzusunda internet müsabiqəsi keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, müsabiqənin məqsədi işğaldan azad edilmiş torpaqlar uğrunda canlarından keçən döyüşçülərin igidliklərini tərənnüm etmək olub. İnternet istifadəçilərinin böyük marağına səbəb olan müsabiqəyə nominasiyalar üzrə 101 iştirakçı qoşulub.

Azərbaycan vətəndaşları ilə yanaşı, xarici ölkələrdən də müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçənlər olub. Müsabiqənin keçirildiyi müddət ərzində 300 000-dən çox baxış sayı olub, ümumilikdə 151 000-ə yaxın şəxs səsvermədə iştirak edib. Yeddi nominasiya üzrə həyata keçirilən müsabiqədə onlayn səsvermə nəticəsində 44 nəfər qalib müəyyən edilib.

Müsabiqədə qalib gəlmiş iştirakçılar diplomla mükafatlandırılıb və onlar üçün ekskursiyalar təşkil edilib.

Son xəbərlər

Orphus sistemi