​Ceyms Uorlik: "Qaçqınların öz evlərinə qayıtmasına imkan verilməlidir"

​Ceyms Uorlik: "Qaçqınların öz evlərinə qayıtmasına imkan verilməlidir" "Münaqişənin həllində qaçqınların problemi mütləq nəzərə alınmalıdır"
Qarabağ
26 Oktyabr , 2015 11:46
​Ceyms Uorlik: Qaçqınların öz evlərinə qayıtmasına imkan verilməlidir

Bakı. 26 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun həmsədrləri ilin sonunadək Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın görüşünü təşkil etmək niyyətindədir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda oktyabrın 26-da ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədir Ceyms Uorlik bildirib.

Onun sözlərinə görə, Yerevan və Bakı səfərlərində müzakirə edəcəkləri əsas məsələlərdən biri bu görüşü təşkil etməkdir.

"Bildiyimə görə, dekabrın əvvəlində Ermənistanda referendum keçiriləcək (konstitusiya islahatı ilə bağlı referendumu nəzərdə tutur - "Report"). Ona görə də prezidentlərin görüşü referendumdan sonra ilin sonunda təşkil edilə bilər", - Uorlik vurğulayıb.

Amerikalı həmsədr deyib ki, danışıqlar prosesinin prezidentlər səviyyəsindən aşağı məqamlarda intensivləşdirilməlidir: "Bu, komissiya, yaxud işçi qrup şəklində ola bilər".

"Qaçqınların problemi nəzərə alınmadan Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil. Bölgədə yüz minlərlə qaçqın var. Onları mütləq dinləmək lazımdır. Qaçqınların öz evlərinə qayıtmasına imkan verilməlidir", - deyə, C.Uorlik vurğulayıb.

Həmsədr qeyd edib ki, Azərbaycana səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağdakı icmasının təmsilçiləri ilə də görüşəcəklər.

Son xəbərlər

Orphus sistemi