Putinin sözçüsü: "Qarabağ mövzusunda Azərbaycanla daim əlaqə saxlayırıq"

Putinin sözçüsü: "Qarabağ mövzusunda Azərbaycanla daim əlaqə saxlayırıq" Üçtərəfli razılaşmaların icrası çərçivəsində Azərbaycanla daim əlaqə saxlanılır.
Qarabağ
8 İyul , 2021 14:59
Putinin sözçüsü: Qarabağ mövzusunda Azərbaycanla daim əlaqə saxlayırıq
Dmitri Peskov

Qarabağ üzrə üçtərəfli razılaşmaların icrası çərçivəsində Azərbaycanla daim əlaqə saxlayırıq.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Moskvada Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanla görüşündən sonra Azərbaycan tərəfi ilə hər hansı danışıqların planlaşdırılması ilə bağlı sualı cavablandırarkən bildirib.

“Azərbaycan tərəfi ilə əlaqə daimi əsasda davam etdirilir. Hamı razılaşır ki, üçtərəfli razılaşmaların icrası çox vacib və alternativsizdir. Elə məhz bu icra çərçivəsində də həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə əlaqə saxlanılır”, - Peskov deyib.

Son xəbərlər

Orphus sistemi