Putin: "Türkiyə Qarabağda sülhə töhfə verir"

Putin: "Türkiyə Qarabağda sülhə töhfə verir" Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda sülhə töhfədir.
Qarabağ
29 sentyabr 2021 11:01
Putin: Türkiyə Qarabağda sülhə töhfə verir
Vladimir Putin

"Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda sülhə töhfədir".

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçi şəhərindəki görüşündə bildirib.

V.Putin Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin məhsuldar fəaliyyət göstərdiyini qeyd edib: “Rusiya-Türkiyə Azərbaycanla Ermənistan sərhədində atəşkəsə nəzarət üzrə də fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq sabitlik və tərəflərin sülhə yönəlmiş addımlar atmaları ilə bağlı mövqelərinin razılaşmasına ciddi bir təminatdır".

Son xəbərlər

Orphus sistemi