Putin Təhlükəsizlik Şurasının üzvlərini üçtərəfli görüş barədə məlumatlandırıb

Putin Təhlükəsizlik Şurasının üzvlərini üçtərəfli görüş barədə məlumatlandırıb Bu barədə məlumatı Kreml yayıb.
Qarabağ
1535
15 Yanvar , 2021 16:06
Putin Təhlükəsizlik Şurasının üzvlərini üçtərəfli görüş barədə məlumatlandırıb
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Təhlükəsizlik Şurasının daimi üzvlərini Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yanvarın 11-də Moskvada keçirdiyi üçtərəfli görüş barədə məlumatlandırıb.

“Report”un xəbərinə görə, bu barədə məlumatı Kreml yayıb.

V.Putin Təhlükəsizlik Şurasının müşavirəsində üçtərəfli danışıqların nəticələrini müzakirə etməyi təklif edib.

“Sizi Azərbaycan və Ermənistandan olan həmkarlarımla olan görüşün nəticələri barədə qısa məlumatlandırmaq, həm də bu mövzunu müzakirə etmək istəyərdim”, - V.Putin vurğulayıb.

Müşavirədə Rusiya prezidenti ilə yanaşı baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.

Son xəbərlər

Orphus sistemi