Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına aparır"

Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına aparır" Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına həyata keçirir.
Qarabağ
19 İyun , 2022 14:32
Prezidentin xüsusi nümayəndəsi: Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına aparır
Emin Hüseynov

Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına həyata keçirir.

"Report" xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, IX Qlobal Bakı Forumunun panelinin bu gün Şuşada keçirilməsi əlamətdar bir hadisədir, çünki forumda iştirak edən xarici ölkələrin nümayəndələri burada aparılan işlərlə yaxından tanış olur.

E.Hüseynov qeyd edib ki, bu gün qonaqlara ərazilərin bərpası, minalardan təmizlənməsi istiqamətində aparılan işlər və bu prosesin mürəkkəbliyi barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi